RU

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO

"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-ə çatıb.

"Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 15 müraciətə baxılıb və onlardan 8-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

"Startap" şəhadətnaməsi almış KOB subyektləri və layihələri:

- "Navimax" MMC - GPS izləmə platforması,

- Fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün "Bazardan" mobil tətbiqi;

- "Firstit" MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq;

- "Oenva" MMC - onlayn intellektual oyun platforması;

- "EcoRide" MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma;

- "Kiber Təhlükəsizlik Platforması" MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma;

- "E-mza" MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma;

- "Mopsn" MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiq.

Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-yə çatıb. "Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

  • Daha
  • Daha
  • Daha
  • Daha
Избранный
37
17
day.az

10Источники