RU

“Gürcüstandakı etirazlar 2013-cü ildə Ukraynadakı ssenarini təkrarlayır” - Dmitri Kuleba

“Gürcüstandakı etirazlar 2013-cü ildə Ukraynadakı ssenarini təkrarlayır”.

Missiya.Az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba özünün “X” sosial media hesabında yazıb. 

“2024-cü ilin noyabrında Gürcüstan 2013-cü ilin noyabrında Ukraynadakı vəziyyəti təkrarlayır. Hakim “Gürcü Arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvili o vaxt Ukrayanın prezidenti olmuş Viktor Yanukoviç kimi eyni ssenariyə sadiqdir”, - deyə siyasətçi vurğulayıb.

Kuleba bildirib ki, Gürcüstan hakim “Gürcü Arzusu” partiyasının rəsmi ritorikasının əksinə olaraq “Ukrayna ssenarisi” ilə gedir. 

Onun sözlərinə görə, onun nümayəndələri dəfələrlə bu ssenaridən yayınmağa söz veriblər.

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidze 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqların dayandırıldığını bəyan edib. Bundan sonra Gürcüstanda yenidən etirazlar başlayıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
13
missiya.az

1Источники