RU

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Rusiya paytaxtında MDB İqtisadi Şurasının 104-cü iclası keçirilib.

İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və MDB-nin Baş katibi Sergey Lebedev görülən işlərlə bağlı məruzələrlə çıxış ediblər.

MDB Sərgi, Yarmarka və Konqres Fəaliyyəti üzrə Dövlətlərarası Şurasının 2018-2023-cü illərdə fəaliyyəti haqqında hesabatı iştirakçılara MDB-nin Sərgi-Yarmarka Fəaliyyəti üzrə Dövlətlərarası Şurasının rəhbəri, XTNS-in baş direktoru Sergey Şoqurov təqdim edib. 2002-ci ildən etibarən MDB Dövlət Başçıları Şurasının Qərarına uyğun olaraq XTNS-də Birlik dövlətlərinin daimi sərgi pavilyonlarının yaradılması istiqamətində iş aparılır. Bu prosesdə Sərgi, Yarmarka və Konqres Fəaliyyəti üzrə Dövlətlərarası Şura mühüm rol oynayır.

Birlik ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri, o cümlədən prioritet sahələrin siyahısını və milli sənaye inkişafı strategiyalarına əsaslanan sənaye kooperasiyasında əməkdaşlıq sahələrini, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlər kompleksini, istehsalatda bədbəxt hadisələrin araşdırılması qaydası haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsini müzakirə ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasının 2025-ci il aprelin 28-də Daşkənd şəhərində keçirilməsi planlaşdırılır.

Избранный
54
5
xalqqazeti.az

6Источники