RU

Qaz və elektrik enerjisi bahalaşacaq - SƏBƏB

Avropa İttifaqı (Aİ) ölkələri qarşıdan gələn qışda son iki ilin ən soyuq dövrü ilə üzləşə bilər.

Paytaxt.org  xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb.

Ekspertlərin proqnozlarına görə, qış aylarında temperaturun kəskin şəkildə aşağı düşməsi gözlənilir. Bu vəziyyət həm Aİ ölkələrinin enerji istehlakı, həm də iqtisadi göstəriciləri üçün ciddi sınaq olacaq.

Xüsusilə, qaz və elektrik enerjisi qiymətlərinin artacağı vurğulanır. Hava şəraiti ilə əlaqədar tələb artacağı üçün enerji sektorunda təchizat çətinliklərinin də baş verə biləcəyi istisna edilmir.

Soyuq hava dalğasından ən çox əziyyət çəkəcək ölkələr arasında İtaliya xüsusi qeyd olunur. Ölkədə yüksək enerji qiymətləri və resurs çatışmazlığı səbəbindən sosial və iqtisadi təsirlərin daha kəskin olacağı bildirilir.

Mütəxəssislər Aİ liderlərinin indidən əlavə tədbirlər görməsinin vacibliyini vurğulayır. Alternativ enerji mənbələrinə yönəlmək, təbii qaz anbarlarını artırmaq və əhali üçün sosial dəstək proqramları həyata keçirmək bu tədbirlər arasında əsas prioritetlərdən hesab olunur.Musavat.com

Избранный
20
3
paytaxt.org

4Источники