Türkiyənin “Beşiktaş” klubunda istefalar davam edir.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə baş məşqçi Covanni van Bronxost İstanbul təmsilçisindən ayrılıb.
Bildirilib ki, o, uğursuz nəticələrə görə komandadan gedib. Hollandiyalı məşqçini türkiyəli mütəxəssis Sərgən Yalçının əvəzləyəcəyi deyilir.
Xatırladaq ki, “Beşiktaş” ötən gecə Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubuna 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bundan öncə klubun prezidenti Hasan Arat, idman direktoru Samet Aybaba, vitse-prezident Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Fridel də istefa verib.