RU

Sığorta məbləğinin gəlirdən çıxılması

İstehsal müəssisəsi balansında olan avadanlıqları sığorta şirkətində 01.02.2024 - 01.02.2026-ci illəri əhatə edən iki illik dövr üzrə sığortalayıb və sığorta şirkətinə 12.000 manat məbləğində sığorta haqqı ödəyib. Bu zaman müəssisə sığorta xərclərini gəlirdən necə çıxmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 116.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır və sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.

Buna əsasən, müəssisə tərəfindən çəkilmiş bir neçə hesabat dövrünü əhatə edən sığorta haqqı xərcləri hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülməklə gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 116.1-ci maddəsi

Избранный
8
1
fed.az

2Источники