RU

CHP lideri Özgür Özəl haqqında istintaq başladılıb

CHP sədri Özgür Özəl haqqında İstanbul Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlərə görə istintaq başladılıb.

Turkustan.az xəbər verir ki, Baş Prokurorluğun başlatdığı araşdırmaya səbəb kimi “dövlət məmurunu təhqir etmə” və “hədəf göstərmə” göstərilib. Bu gün terror istintaqı çərçivəsində həbs edilən Esenyurt Bələdiyyə Başçısı Əhməd Özeri həbsxanada ziyarət edən Özəl daha sonra Gürləkə reaksiya verib.

İstanbul Respublika Prokurorluğu CHP sədri Özgür Özəl haqqında Akın Gürleki təhqir etdiyi iddiası ilə istintaqa başlayıb.

Baş Prokurorluğun verdiyi açıqlamada bu ifadələrdən istifadə edilib: “28-ci dönəm Manisa millət vəkili və Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəllə bağlı partiyasının qrup toplantısında Baş Prokurorluğumuza məlumat verilib. 26.11.2024-cü il tarixdə Türkiyə Böyük Millət Məclisində və 29.11.2024-cü il tarixdə Mərmərə Cəza Müəssisələrində prokuror qarşısında etdiyi mətbuat şərhində cinayətdə əli olan şəxslərin hədəfə alınması cinayəti ilə bağlı iş üzrə istintaq başladılıb və lazımı təsbitlər verildikdən sonra istintaq sənədləri Ankara Respublika Baş Prokurorluğuna təqdim ediləcək".

Aytən Yaşar/ Turkustan.az

Избранный
19
turkustan.az

1Источники