RU

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Uzun illərdir ki, Bakının bəzi ərazilərində, xüsusən də köhnə tikili binalara içməli su fasilələrlə verilir. Paytaxtın əksər rayonlarında axşam saat 9-10-dan sonra su olmur və səhər 07-07:30-da su verilişi bərpa edilir. Odur ki, bir çoxu mənzillərdə hidrofor və digər cihazlardan istifadə etməklə, problemi qismən aradan qaldırmağa çalışır. Yeganə çıxış yolu isə su çənlərindən istifadədir.

Paytaxtda suyun fasilələrlə verilməsi nə ilə bağlıdır? Önümüzdəki illərdə bu problemin aradan qaldırılması ehtimalı varmı?

Valuta.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin Vətəndaş müracitlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Musaoğlu bildirib ki, hazırda ölkənin su ehtiyatlarına uyğun şəkildə işlər görülməkdədir:

“Suyun fasilələrlə verilməsi qrafikə uyğun həyata keçirilir. Sukanal idarələri suyun verilməsini qrafik üzrə tənzimləyirlər. Bununla bağlı ölkənin su ehtiyatlarına uyğun şəkildə işlər icra olunur”.

Избранный
54
valyuta.az

1Источники