RU

Dubay şokoladından sonra Dubay simiti də çıxdı

Məşhur alman simiti "Brezel" Dubay-Simit adı ilə satılmağa başlayıb. 

News24.az xəbər verir ki, simit üzərinə püstə şokoladının qoyulması ilə hazırlanan Brezel-in (Bagel) hər biri 8 avroya satılır. 

Satıcılar gündə orta hesabla 20 Dubay-Bagel satdıqlarını deyiblər. Milad bazarını gəzən türk qızlar simitin dadına baxıblarlar. Qızlar simit dadını bəyənsələr də, o qədər də möhtəşəm olmadığı qənaətinə gəliblər.

Frankfurtda Milad bazarında təkcə Dubay-Simit yoxdur. Daubi-Kreb, Dubay- Çiyələkli şokolad və ya bir çox şirin şeylər şokolad və püstə ilə satılır. 

Qeyd edək ki, Milad bazarlarına görə Almaniyada püstə satışının sürətlə artdığı bildirilib. Ölkədəki türk ərzaq mağazalarında da püstəyə böyük maraq var. Evdar qadınlar fıstıq alaraq evdə Dubay şokoladı hazırlamağa çalışırlar.


Məryəm İlhamqızı


Избранный
25
3
news24.az

4Источники