Rusiyada rəqəmsal və kriptovalyutaları aktivlər sinfinə daxil edən qanun Prezident Vladimir Putin tərəfindən təsdiqlənib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, kripto və rəqəmsal valyutalar artıq ölkədə aktivlər kimi təsnifləşdiriləcək.
Müvafiq olaraq, kriptovalyuta və rəqəmsal pulların yaradılması prosesi və əldə edilən pullar əlavə dəyər vergisindən azad edilərkən, yaradılma infrastrukturu ilə məşğul olanlar müvafiq vergi orqanlarına məlumat verməli olacaqlar.
Kriptovalyuta yaradılma prosesindən əldə edilən gəlir şəxsi gəlir kimi təsnif edilsə də, yaranan valyutanın dəyəri bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək.
Rusiya banklarının SWIFT ödəniş sistemindən kənarlaşdırılması səbəbindən rəqəmsal aktivlər və kriptovalyutalar getdikcə geniş yayılıb.
Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina ilin sonuna kimi ölkəsində beynəlxalq ödənişlərdə kriptovalyutalardan istifadənin başlaya biləcəyini bildirmişdi.