RU

Kobaxidze Aİ səfərinə qarşı diplomatik tədbir görüləcəyini bildirib

Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Qerçinski öz ritorikasını dəyişməsə və respublikanın daxili işlərinə qarışmağı dayandırmasa, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze noyabrın 29-da keçirdiyi brifinqdə məlumat verib.

Xəbəri “İzvestiya.ru” yayıb. 

Onun sözlərinə görə, Aİ səfiri oktyabrın 26-da keçirilən parlament seçkilərində ölkə vətəndaşlarını müxalifət partiyasına, hakim partiyanın əleyhinə səs verməyə çağırıb.

“Biz mümkün qədər hər hansı addımdan qaçdıq. Baxmayaraq ki, ölkəmizə qarşı şantajlar, ölkəmizin daxili işlərinə müdaxilələr səngimir. Sonra hər şeyin həddi olsa da, təbii ki, bitərəf qaldıq. Davranışda dəyişiklik görməsək, əlbəttə ki, konkret diplomatik addımlar atmalı olacağıq”, - “İmedinews” agentliyi Kobaxidzedən sitat gətirir.

P.ƏMİRCANOV
XQ

 

Избранный
22
1
xalqqazeti.az

2Источники