RU

“Qərbin Gürcüstanla bağlı imperial hədəfləri var”

“Qərbin

“Gürcüstan dövlətçiliyinin gələcəyi baxımdan Gürcüstanda çox təhlükəli bir vəziyyət yaranıb. Çünki kəskin qütbləşmə davam edir və antaqonist xarakter alır. İkinci tərəfdən də geosiyasi fay xətləri, yəni dərinləşən bu xətlər çox təəssüflər olsun ki, bir-biri ilə geosiyasi mübarizə içərisində olan qüvvələrin Gürcüstan üzərindəki hesablaşmasına dönüşməyə başlayıb".

Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu deyib.

O qeyd edib ki, bir tərəfdən İvanişvili cəbhəsi daha çox Avropa İttifaqı ilə münasibətləri çərçivələndirərək Rusiyaya yaxınlaşmaq, Rusiya ilə münasibətlərini normallaşdırmaq siyasəti izləyir. Müxalifət isə nə qədər parçalanmış, bölünmüş vəziyyətdə olsa da, o daha çox Qərbə istiqamət almış bir qüvvədir. Burada, əlbəttə, Qərbin bölgə ilə bağlı imperial hədəfləri də var. Söhbət bütövlükdə Qərbdən gedir, amma Avropa İttifaqının bura ilə bağlı daha fərqli bir hesabları vardı. Yəni zamanında cənab Prezident ifadə etmişdi ki, Avropa burada ayrışdırıcı xətlər cizməyə çalışır. Ermənistan və Gürcüstanı Avropaya inteqrasiya etmək, Avropaya daxil etmək siyasəti izləyirdilər. Baxmayaraq ki, Türkiyə yarım əsrdən çoxdur ki, Avropa Birliyinə üzvlük üçün müraciət etmişdi, onu almadılar. Hətta namizədlik veriləndən sonra Türkiyəyə viza sərbəstliyi belə verilmədi. Amma Gürcüstanda bu asanlaşmalarının hamısını apardılar. Burada da təbii ki, onların bölgə ilə bağlı geosiyasi maraqları əsas rol oyanmışdı. Lakin hazırkı durumda Avropa İttifaqı, ümumiyyətlə, yeni dünya nizamı uğrunda gedən mübarizədə geniş coğrafiyalarda təsir imkanlarını itirən bir tərəfdədir. Gürcüstan məsələsində də Avropa İttifaqı imkanların itirməkdədir, yəni total olaraq Qərb”.

Röya İsrafilova

Избранный
91
50
xalqcebhesi.az

10Источники