RU

Parisə NÖVBƏTİ ZƏRBƏ - Fransa Afrikadakı dayaqlarını bir-bir İTİRİR – TƏHLİL

Fransa daha bir sarsıdıcı zərbə alıb. Budəfəki zərbə Afrikadan gəlib. Belə ki, Çad Respublikası Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv edib.

Beləcə, Çad hakimiyyətinin bu qərarı nəticəsində Fransa ilə hərbi əməkdaşlığı ehtiva edən 5 sentyabr 2019-cu il tarixli saziş dayandırılmış hesab edilir. Nəzərə alaq ki, Çad da Fransanın keçmiş koloniyalarından biri idi. Bu mənada Çad hökumətinin qərarı sözün məcazi mənasında Makron iqtidarı üçün "soyuq duş" effekti yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ARTE kanalının Azərbaycana qarşı hazırladığı iftiralarla dolu "sənədli film"ə SƏRT REAKSİYA


Nəzərə alaq ki, Yelisey Sarayındakıların Afrika dövlətlərindən aldığı ilk tərs sillə deyil. Buna qədər bir neçə belə hadisə baş verib. Məsələn, 2023-cü ilin sonunda Fransa Nigerdən öz qoşunlarını çıxartmağa məcbur olmuşdu. Buna qədərsə rəsmi Paris oxşar münasibətlə Seneqal və Burkino Fasoda da üzləşmişdi.

Fransanın Afrika “sevgisi”

Fransanın bu gün ayaqüstə dayana bilməsinin əsas səbəbi Afrikadan gələn milyardlardır. Fransanın keçmiş prezidenti Jak Şirak bildirirdi ki, Afrika olmasaydı, Fransa üçüncü dərəcəli güc səviyyəsinə enərdi:

“Fransızlar banklarındakı külli miqdarda pulun məhz keçmiş Afrika koloniyalarının istismarından gəldiyini unutmamalıdırlar”.

Daha bir sabiq prezident Fransua Mitteransa belə proqnoz vermişdi:

“21-ci əsrdə Afrika itirilsə, Fransanın tarixi olmayacaq”.

Göründüyü kimi, Fransa bir-birinin ardınca öldürücü zərbələr alır. Bütün bunlarsa Fransanın müstəmləkəçilik siyasətinin acı nəticələridir. Afrikanın bir çox ölkələri və eləcə də bir sıra ada dövlətlər uzun illər Fransanın müstəmləkəsi altında olub.

Əsrlər boyu həmin dövlətlərin maddi-mənəvi sərvətləri vəhşicəsinə istismar edilərək Fransaya daşınıb. Ən pisi də odur ki, Fransa bu gün də Afrikanın 14 ölkəsindən müstəmləkə vergisi almaqda davam edir. Hətta frank Fransada dövriyyədən çıxarılsa da, Afrikanın bir çox ölkələrində hələ də əsas tədavül vasitəsidir.

Ümumilikdə isə, 1524-cü ildən sonra Afrikanın 35 faizi 300 il Fransanın müstəmləkəsi olub. Fransızlar Afrikada təkcə sərvətləri talamayıb, həm də yerli xalqlara qarşı soyqırımı həyata keçiriblər.

Hansı ölkə, hansı qəbilə başçısı Fransa müstəmləkəsinə qarşı çıxıbsa, onu insanlığa sığmayan şəkildə cəzalandırıblar.

İşğal dövründə fransızlar yerli insanları ən şərəfsiz formada alçaldıblar.

Afrikalıların başını kəsib ondan top əvəzinə istifadə edən yeganə xalq məhz fransızlardır. On minlərlə qadına və uşaqlara qarşı təcavüz edən də onlardır. Bir sözlə, soyqırımları və insanlara qarşı ən dəhşətli şəkildə təcavüzləri fransızlar dəfələrlə sınaqdan keçiriblər. Afrikada 2 milyondan artıq insan fransızların birbaşa qurbanı olub. Onların 1,5 milyonu əlcəzairlilərdir. Sonuncu dəfə 1994-cü ildə Ruanda soyqırımında 800 minə yaxın afrikalının həyatına son qoyuldu.

Təəssüflər olsun ki, Fransa bu günə kimi terrorçu dövlət kimi tanınmayıb. 

Özünü demokratik, söz və fikir azadlıqlarına hörmət edən ölkə kimi təqdim edən Fransa işğala baş qaldıran koloniya liderlərini də repressiyalara məruz qoyub.

Yada salaq ki, İkinci Dünya Müharibəsində zəif düşən və borc içində boğulan Fransa üzünü yenə Afrikaya tutdu. Fransızların milli qəhrəman elan etdikləri General Şarl de Qoll qısa zamanda Afrikada nəzarəti bərpa etdi. Bu zaman Fransaya itaət etməyən və vergi ödəməkdən imtina edən dövlət və hökümət başçıları ən sərt və qeyri-insani şəkildə cəzalandırılırdılar. 

Ümumilikdə isə son 50 ildə 26 Afrika ölkəsində 67 dövlət çevrilişi olub. Bu 26 ölkədən 16-sı keçmiş Fransa koloniyaları idi.

Bu gün iri dövlətlərlə yanaşı ada dövlətləri də Fransaya qarşı mübarizəyə başlayıb.

Maraqlıdır ki, ayağa qalxan ada dövlətləri nicatı Qərbdə yox, Azərbaycanda axtarır. Heç təsadüfi deyil ki, hazırda bir sıra ada dövlətlərində Fransa əlehinə aksiyalar zamanı tez-tez Azərbaycan bayraqlarına rast gəlmək olur. Məsələn, bir müddət əvvəl Fransanın müstəmləkəsi altında olan Yeni Kaledoniyanın müxtəlif bölgələrində Azərbaycan bayrağı dalğalandırılmağa başlanıldı.

Bunun da bir sıra sədəbləri var. Əsas səbəb odur ki, Azərbaycan Yeni Kaledoniyanın haqlı mübarizəsini aktiv şəkildə dəstəkləyir.

Fransanın işğalçılıq siyasətinin pozulmasında Azərbaycan izi

Təbii ki, kanakların və digər xalqların Fransa işğalına qarşı mübarizədə Azərbaycanın xüsusi rolu var. Belə ki, Azərbaycanın qeyri-hökumət təşkilatları təkcə Yeni Kaledoniyaya deyil, digər müstəmləkədən əziyyət çəkən ölkələrə mənəvi və siyasi dəstək göstərib

Ona görə də Yeni Kaledoniyada və digər ada dövlərində BMT, ABŞ, Fransa, Aİ və digər güclərin yox, Azərbaycanın bayrağı dalğalanır.

Baş verənlər onu göstərir ki, Mitteranın söylədikləri reallığa çevrilir. Afrika “Fransızlaşır”. Bu isə Fransanın siyasi və iqtisadi uçuruma yuvarlandığını göstərir...

Surxay Atakişiyev, Bizim.Media

Избранный
21
1
bizim.media

2Источники