Avrozonada istehlakçıların inflyasiya gözləntiləri artıb.
İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) İstehlakçı Gözləntiləri Araşdırmasına görə, Avrozonada istehlakçıların orta müddətli inflyasiya gözləntiləri artıb.
Belə ki, Avrozonada istehlakçıların son 12 ayda ortalama inflyasiya gözləntəsi 2,4%-dən 2,5%-ə yüksəlib.
İstehlakçıların növbəti 3 il üçün inflyasiya gözləntiləri isə 2,1% səviyyəsində sabit qalıb.