Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyununda “Araz-Naxçıvan” və “Turan Tovuz” komandaları üz-üzə gəliblər.
Mərdəkanda baş tutan qarşılaşmaya maraq böyük idi. Məsələ burasındadır ki, mövsümün uğurlu komandaları həm də turnir cədvəlində qonşu pillələrdə qərarlaşmışdılar. Son dörd oyunundan maksimum nəticə ilə ayrılmış “Araz-Naxçıvan” 33 xalla 2-ci sıradaydı və lider “Qarabağ”dan cəmi 1 xal geri qalırdı. Son üç oyununda ardıcıl heç-heçələrlə kifayətlənən “Turan Tovuz” isə 27 xalla üçüncü idi.
Bu komandalar arasındakı görüşün taleyini bir qol həll edib. “Araz-Naxçıvan” növbəti dəfə 3 xalı 1 qolla qazanıb.
Premyer Liqa
15-ci tur
29 noyabr
“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:0
Qol: Felipe Santos, 75.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nicat İsmayıllı.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
Mərdəkan. “Dalğa Arena”.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdiyev.