RU

Şamaxıda "Qadınlar Ailə Dəyərləri Uğrunda" mövzusunda tədbir keçirildi - FOTOLAR

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  "Azərbaycan Qadınları Respublika Cəmiyyəti " İ.B. Şamaxı Rayon Dövlət Reqional Kollecində  "Qadınlar Ailə Dəyərləri Uğrunda " adlı layihəni həyata keçirtdi.
Rayon İcra Hakimiyyətinin baş məslətətçisi Pərvin Hacıyeva  tədbiri açaraq, qonaqları Rəhbərlik adından salamlayıb, təqdim etdi və məsələnin aktuallığını vurğuladı.Təşkilatın sədri Bahar Qasımova ölkədə artan boşanmaların sayından, erkən nikahlardan, pis vərdişlərdən, ailə dəyərlərinin qorunub, saxlanmasından, gələcəyə ötürülməsindən , ümumiyyətlə ailə modelindən danışdı.

Kollecdə təhsil alan gənclərin 22 ixtisas üzrə sənətə yiyələnəcəyinin müsbət hal olduğunu vurğuladı. Təşkilatın sədr müavini, psixoloq Vəfa Abbasova ailə psixoloqu anlayışından, valideyn -övlad münasibətlərindən, böyük -kiçik davranışlarından, günümüzün aktual problemlərindən,sosial həssas qrupların sayının artmasından danışaraq, hüquqi aspektlər , qohumluq xətti ilə həyat quran ailələri vurğuladı və iştirakçıları  bioloji qohumluğu olan evliliklə  bağlı  Ailə Məcəlləsinə edilən dəyişikliyin ölkə Prezidenti tərəfindən təsdiqləndiyi haqda məlumat verdi.

Tövsiyə etdi ki, hər bir vətəndaş qonşuluqda, qohumlar arasında , ümumiyyətlə danışılan məsələlərlə bağlı yan ötüb, keçməsin, heç olmasa qaynar xəttə zəng etsin.  Gənclər arasında psixoloji test keçirtdi.

Həkim Arzu Hüseynova erkən nikahların fəsadlarından, övlad- ana ölümünün artmasından ,tibbi müayinələrin vacibliyindən, sağlam ailə təməlindən məlumatlar verdi. Təşkilatın Mətbuat Xidmətinin rəhbəri,  

"Son Söz"  qəzetinin baş redaktoru Natəvan Arif qızı belə maarifləndirici  tədbirlərin keçirilməsinin vacibliyindən danışdı, verilən tövsiyyələri və məsləhətləri işıqlandıracağı haqda məlumat verdi. Tədbirdə iştirak edən direktor müavini Həlimə Musayeva, müəllimə Mətanət Ağamalıyeva və digər çıxış edən gənclər təşəkkürlərini bildirdilər.

İştirakçılara kitabçalar və maykalar paylandı, xatirə şəkilləri çəkdirildi.

Sonda Bahar Qasımova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova yaratdıqları şəraitə və diqqətə görə təşəkkürünü bildirdi.

İcra Hakimiyyətinin nümayəndəsi Pərvin Hacıyevaya,Kollecin direktoru İlham Vəliyevə , müəllim və tələbə kollektivinə tədbirin  yüksək səviyyədə keçirilməsinə səy göstərdikləri üçün minnətdarlığını bildirdi.

Onu da qeyd edək ki, mütəxəssislərin çıxış və məsləhətlərinə tələbələr çox diqqətlə qulaq asdıqları kimi , sual-cavablarda da fəal iştirak etdilər. Kollecin müəllimlərindən və keçirilən dərslərdən razı olduqlarını bildirdilər.

Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilib.

Избранный
144
1
sabahinfo.az

2Источники