RU

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - AMB

Bu ilin III rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Banklar sorğuda əməkhaqqı kreditləri üzrə kredit standartlarında yumşalma olduğunu bildiriblər.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Qeyd olunub ki, respondentlər cari ilin IV rübündə əmək haqqı kreditləri üzrə standartlarda yumşalmanın davam edəcəyini və kredit kartları üzrə standartlarda heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

“Sorğu nəticələrinə əsasən faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə tələb cüzi azalmışdır.İştirak edən respondentlərin cavablarına görə azalma əsasən kredit kartları hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə xüsusilə, kredit kartlarına tələbdə artım olacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən istehlak kreditləri üzrə bankın likvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib. İstehlak kreditləri üzrə standartlarda dəyişiklik əsasən faiz dərəcələrinin artımı hesabına baş verib.

Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin III rüb üzrə nəticələrinə əsasən respondent bankların 75%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25%-i isə orta dərəcədə artım olduğunu bildirib. Cari ilin əvvəlki rübü ilə müqayisədə 2024-cü ilin III rübündə əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksində heç bir dəyişiklik olmayıb”, - deyə məlumatda qeyd olunub.

Fuad Mədətov
Fins.az

Избранный
4
21
fins.az

10Источники