Çempionatın gedişində belə ayrılıq hər kəsdə əlavə şübhələr yaratdı. Sonra məlum oldu ki, İlkin komandada nizam-intizama əməl etmirmiş. Xatırladaq ki, 14-cü turda “Sumqayıt”la oyunda məhz topun onun əlinə dəyməsi rəqibə penalti qazandırıb. Belə hallar artıq Ayxan Abbasovun səbr kasasını daşdırıb.
Bəs Muradov deyilənlərlə razıdımı, yoxsa başqa səbəblər də var?
28 yaşlı yarımmüdafiəçinin “Football-plus.az”a cavabı belə oldu:
“Ayxan müəllim açıqlama veribsə, yəqin hər şeyi aydın deyib. Nə klub, nə də baş məşqçi ilə incikliyim var. Normal, qarşılıqlı şəkildə ayrılmağı qərara aldıq. Ciddi bir şey yoxdu. Şayiələr həmişə futbolda gəzir. Hələ harda oynayacağım bilinmir. Gözləyirəm. Nə variant olsa, dəyərləndirəcəm. Sırf elita klubu olsun da demirəm. Yəqin ki, tezliklə aydınlaşar”.
Xatırladaq ki,İlkin bu yay “şirlər”lə birillik müqavilə imzalamışdı.
RÖYANƏ OĞUZ