RU

Ebru Şallı və iş adamı əri barışdı - Bu gün boşanacaqdılar... - FOTO

Boşanmaq üçün məhkəməyə müraciət edən cütlük boşanmaqdan imtina edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər veirr ki, boşanmaq üçün məhkəməyə müraciət edən türkiyəli model Ebru Şallı ilə iş adamı olan həyat yoldaşı Uğur Akkuş barışıb.

Akkuş açıqlamasında "Bu gün Beykoz 1-ci Ailə Məhkəməsində açdığım boşanma davasını geri götürdüm. Evliliyimizə və münasibətimizə bir şans daha verməyə qərar verdik. Uğurlar" sözlərini deyib.

Ebru Şallı isə qatıldığı tədbirdə ilk dəfə boşanma qərarından danışıb. Şallı "İstənilən şəxs evlənə bilər, boşana bilər " açıqlamasını edib.

Qeyd edək ki, cütlük 2019-cu ildə ailə hayatı qurub. U.Akkuş bir müddət öncə həyat yoldaşından boşanacağını deyərək, ittihamdolu açıqlamalar vermişdi. Belə ki, o, "Hər şey pul və maddiyyat imiş" kimi ifadələrə yer vermişdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
4
41
milli.az

10Источники