RU

Naxçıvanda növbəti torpaq hərracında 7 sifarişçi qalib olub

Noyabrın 29-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 4 bələdiyyəsinə məxsus 7 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Culfa və Kəngərli rayon bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrinin hərracında iştirak etmək üçün 13 sifarişçi qeydiyyatdan keçib və iddiasında olduğu əmlak üçün ən yüksək qiyməti təklif edən 7 sifarişçi hərracın qalibi olub.

Qeyd edək ki, Mərkəz tərəfindən "Azərterminalkompleks" Birliyi ilə bağlanmış müqaviləyə əsasən ilk dəfə olaraq noyabrın 4-də gömrük hərracı və noyabrın 17-də Ordubad rayonunda yerləşən kiçik dövlət müəssisəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

Əmlakların satışı ilə bağlı növbəti hərracın isə dekabrın 6-da keçirilməsi nəzərdə tutulur.

Избранный
30
3
sesqazeti.az

4Источники