Antalyanın Qazipaşa rayonu sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, AFAD-ın məlumatına görə, zəlzələ episentri Antalyanın Qazipaşa rayonu sahillərində qeydə alınıb. Təkanlar yerin 34 kilometr dərinliyində baş verib.
Zəlzələdən sonra vətəndaşlar küçələrə çıxıb, müştərilər hotelləri tərk edib.