“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev zədədən sonra yaşıl meydana qayıdıb.
QOL.az xəbər verir ki, Misli Premyer Liqasının XV turunda “Səbail”ə qarşı matçda (1:0) cari mövsümdə ilk dəfə meydana çıxan təcrübəli yarımmüdafiəçi təəssüratlarını bölüşüb.
A.Quliyev bununla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Futbol üçün darıxmışdım. Nəhayət ki, meydana qayıtdım. İlin sonunda da olsa, buna nail oldum. Çox sevinirəm. Xüsusən də uzunmüddətli çətin dövrdən sonra qələbə qazandığımıza görə şadam. Hər şey yaxşıdır”.