Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əcnəbilər bank kartları ilə 2.1 milyard manat əməliyyatlar aparıblar.
Publika.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac İcmalı”nda bildirilib.
“2024-cü ilin yanvar-oktyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2.1 milyard manat, yalnız oktyabr ayında isə 252.7 milyon manat dəyərində əməliyyat aparılıb”, - məlumatda qeyd olunub.