Rusiya nüvə sınaqlarını bərpa etmək məsələsi ilə üzləşib.
Reyting.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə müsahibəsində danışıb.
Bunun ABŞ-nın eskalasiya kursuna cavab olaraq baş verə biləcəyini deyən Ryabkov əlavə edib: “Mən heç nə proqnozlaşdırmadan vəziyyətin kifayət qədər mürəkkəb olduğunu söyləyəcəyəm. Vəziyyət bütün komponentləri və aspektləri üzrə daim nəzərdən keçirilir”.