RU

Rusiya Yaxın Şərqdə yeni savaşa başladı

Rusiya ordusu Suriyanın şimal-qərbində yerləşən Hələbdə Əsəd rejiminin əleyhdarlarına qarşı əməliyyatlara və təyin olunmuş hədəflərə hava zərbəsi endirməyə başlayıb.

Azreform.info xəbər verir ki, bu barədə Rusiya tərəfi məlumat yayıb.

Rusiya ordusu Suriyada Əsəd rejiminə müxalif olan Heyət Təhrir əş-Şam (HTŞ) arasında 3 gündür davam edən qarşıdurmada Əsəd rejimin əleyhdarlarını zərərsizləşdirmək istiqamətində hərbi əməliyyata əl atıb.

Rusiya Müdafiə Nazirliyinin təmsilçisi bildirib ki, Rusiya Hərbi Hava Qüvvələri silahlı qrupların texnika və canlı qüvvəsinə, nəzarət-buraxılış məntəqələrinə, anbarlarına və artilleriya mövqelərinə raket zərbələri endirir.

Əsəd hakimiyyətinin Hələb Beynəlxalq Hava Limanını bütün reyslərə bağladığı və Rusiyadan əlavə hərbi yardım vədləri aldığı bildirilir.

Qeyd edək ki, Heyət Təhrir əş-Şam Əsəd rejimi ilə 3 gündür davam edən qarşıdurma nəticəsində Hələb ətrafında 86, İdlibdə 22 olmaqla ümumilikdə 108 yaşayış məntəqəsini ələ keçirib. 

Təhrir əş-Şam qüvvələrinin Suriyanın ikinci böyük şəhəri Hələbə daxil olduğu bildirilir.

Mürtəza
Azreform.info

Избранный
18
3
azreform.info

4Источники