RU

ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Tayvana təxminən 385 milyon dollar dəyərində “F-16” qırıcılarının və radarların ehtiyat hissələrinin potensial satışını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Pentaqondan bildirilib ki, Dövlət Departamenti həmçinin Tayvana təkmilləşdirilmiş mobil abunəçi avadanlığı və dəstəyin təxminən 65 milyon dollarlıq potensial satışını da təsdiqləyib. Sövdələşmənin əsas podratçısı “General Dynamics” şirkətidir.

Tayvanın Müdafiə Nazirliyi satışların bir ay ərzində qüvvəyə minəcəyini gözlədiyini və avadanlıqların “F-16” donanmasının döyüş hazırlığını saxlamağa və möhkəm müdafiə qüvvəsi yaratmağa kömək edəcəyini bildirib.

Qeyd edək ki, dünən – noyabrın 29-da Çin ABŞ-ni Tayvanla münasibətlərdə maksimum ehtiyatlı davranmağa çağırmışdı.

Избранный
27
9
korrespondent.az

10Источники