RU

Türkiyə komandaları UEFA-dan nə qədər qazanıb?

UEFA-nın təşkil etdiyi avrokuboklarda Çempionlar Liqası və Avropa Liqasında beşinci, Konfrans Liqasında dördüncü həftəyə yekun vurulub.

Apasport.az xəbər verir ki, avrokuboklardakı matçlardan sonra klubların UEFA təşkilatlarından əldə etdiyi gəlirlər yenilənib.

Bu mövsüm Avropada yarışan türk klublarının ümumi gəliri 32 milyon 350 min avroya çatıb.

“Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Başakşehir” və “Trabzonspor”un bu mövsüm avrokuboklarda əldə etdiyi gəlirləri təqdim edirik:

"Trabzonspor" - 1 milyon 275 min avro

"Başakşehir" - 4 milyon 73 min avro

"Beşiktaş" - 6 milyon 335 min avro

"Fənərbaxça" - 7 milyon 460 min avro

"Qalatasaray" - 13 milyon 325 min avro.

Qeyd edək ki, hazırda Türkiyə klublarından "Fənərbaxça", "Qalatasaray" və "Beşiktaş" Avropa Liqasında, "Başakşehir" isə Konfrans Liqasında mübarizə aparır. 

"Adana Demirspor"da yeni baş məşqçi

"Araz-Naxçıvan" yenidən liderliyə yüksəldi - YENİLƏNİB

Hasan Arat istefa verib

Əzəli rəqiblər yenidən üz-üzə gəliblər

“Bavariya”nın sabiq hücumçusu Amerika klubuna keçəcək

Избранный
32
22
apasport.az

10Источники