Bakı. Trend:
ABŞ-də 2 vergi müfəttişi federal hökumətin COVID-19-la mübarizəüçün ayırdığı 65 milyon dollar vəsaiti mənimsəməkdə ittihamolunub.
Trend xarici KİV-ə istinadənxəbər verir ki, 44 yaşlı Renata Uolton və 36 yaşlı Nikol ConsMemfis şəhərində ABŞ prokurorluğu tərəfindən elektronfırıldaqçılıq, çirkli pulların yuyulması, yalan vergibəyannamələrinin hazırlanması və ədalət mühakiməsinə mane olmaq dadaxil olmaqla 50-dən çox maddə üzrə ittiham olunublar.
Məlumata əsasən, Uolton ayrıca Kiçik Biznes Administrasiyasınasaxta əmək haqqı bəyanatları və təbii fəlakət kreditləri üçünmüraciətlər təqdim etməkdə də ittiham olunur.
Qeyd edilib ki, hər iki qadın özlərini günahsız hesabetdiklərini bildirərək, 100 000 dollar girov müqabilində azadlığaburaxılıblar.