RU

Baltikyanı ölkələr bu tarixdə Rusiyanın enerji sistemindən ayrılacaq

Baltikyanı ölkələr 2025-ci il fevralın 8-də Rusiyanın elektrik şəbəkəsindən ayrılacaq, ertəsi gün isə Avropa İttifaqı şəbəkəsi ilə sinxronlaşacaqlar.

Qaynarinfo xəbər verir ki, bu barədə Estoniyanın "Eering" enerji şirkəti məlumat yayıb.

"Fevralın 8-də Baltikyanı enerji sisteminin operatorları Estoniya, Latviya və Litvanın enerji sistemlərini IPS/UPS-dən ayıracaq və enerji adası rejimində öz enerji sistemlərinin işinin birgə sınaqlarına başlayacaqlar. 2025-ci il fevralın 9-da kontinental Avropanın bir hissəsi ilə sinxronizasiya planlaşdırılır", deyə məlumatda qeyd edilib.

Bildirilir ki, indiyədək Estoniya, Latviya və Litvanın enerji sistemləri elektrik enerjisinin tezliyinə Rusiyanın nəzarət etdiyi IPS/UPS sistemində işləyir. 

"Qitə-Avropa sinxron zonası ilə sinxronizasiya Baltikyanı ölkələrin elektrik şəbəkələrində müstəqil, sabit və etibarlı tezlik tənzimlənməsini təmin etməyə imkan verəcək və regionda enerji təhlükəsizliyini artıracaq", deyə agentlik əlavə edib.

"Eling" qeyd edib ki, sinxronizasiya Aİ enerji sistemlərinin qarşılıqlı əlaqəsini və bazar inteqrasiyasını təkmilləşdirəcək və bu, Baltikyanı enerji sistemlərinin ümumi Avropa qaydalarına uyğun işləməsinə imkan verəcək.

Sinxronizasiya Aİ tərəfindən təxminən 1,2 milyard avro məbləğində "CEF Energy" birgə maliyyələşdirməsi vasitəsilə dəstəklənir ki, bu da layihənin xərclərinin 75%-ə qədərini əhatə edir.

Qeyd edək ki, Litva, Latviya və Estoniya Rusiya və Belarusla birlikdə Moskvadan mərkəzləşdirilmiş şəkildə idarə olunan ümumi elektrik təchizatı sistemində işləyir. 2022-ci ilin martında, Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başladıqdan sonra Baltikyanı ölkələr Avropa şəbəkəsilə sinxronlaşdırma ilə Rusiyanın elektrik təchizatı şəbəkəsindən ən sürətli şəkildə kəsilməsi haqqında saziş bağlayıblar.

Aydın

Избранный
39
qaynarinfo.az

1Источники