RU

İrakli Kobaxidze : Dünənki şiddətli mitinqə görə məsuliyyət avropalı siyasətçilərin üzərinə düşür

Dünən hamı bir daha əmin oldu ki, Gürcüstanda “Maydan” keçirilə bilməz.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

Hökumət başçısının sözlərinə görə, dünənki şiddətli mitinqə görə əsas məsuliyyət Avropanın müvafiq siyasətçiləri, bürokratları və “4 siyasi partiya şəklində təmsil olunan beşinci kolon” ​​olan yerli qurumun üzərinə düşür.

“Artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən bəzi avropalı siyasətçilər və bürokratlar davamlı olaraq namizəd statusundan və danışıqların başlanması məsələsindən ölkəni zəiflətmək, Gürcüstanda qütbləşməni qızışdırmaq üçün istifadə etməyə çalışırlar. Xatırladırıq ki, bu 3 il ərzində ölkənin imicinə zərbə vurmaq, cəmiyyəti sıxışdırmaq üçün əvvəlcə namizədin statusu, daha sonra isə danışıqların açılması mövzusu əsas vasitə kimi istifadə olunub. Dünənki şiddətli mitinqə görə də əsas məsuliyyət Avropanın müvafiq siyasətçiləri, bürokratlarının və 4 siyasi partiya şəklində təmsil olunan beşinci kolon olan yerli qurumun üzərinə düşür. Dünən hamıya aydın oldu ki, hamı hər şeyi çox gözəl bilir. Sadəcə olaraq, radikallar və onların xarici himayədarları ölkəni pozmağa, Gürcüstanı Ukraynaya çevirməyə hər zaman bəhanə uydurmağa çalışırlar. Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara, ən əsası isə təcrübəli və müdrik insanlara malik müstəqil dövlətdir, onun gücünü heç kim sarsıda bilməz. Gürcüstanda “Maydan” ssenarisi həyata keçirilə bilməz və Gürcüstan dövləti buna imkan verməyəcək” - deyə baş nazir bildirib.

Избранный
47
7
apa.az

8Источники