RU

Gürcüstanda baş verən etirazların arxasında Avropadakı destruktiv qüvvələr dayanır - RƏY

Gürcüstan daxilində baş verən etirazların arxasında açıq şəkildə Avropadakı destruktiv qüvvələr dayanır.

Bu sözləri “Far.Az”un Gürcüstan bürosuna gürcü politoloq David Çikelidze bildirib.

Onun sözlərinə görə, bu qüvvələr həm maliyyə, həm siyasi baxımdan bu etirazları dəstəkləyir, cəmiyyəti bölüşdürməyi və gərginliyi artırmağı hədəfləyirlər.

"Avropada polis etirazçıları güc tətbiqi ilə dağıdanda heç bir tənqid səsləndirməyən həmin qüvvələr Gürcüstanda dərhal “insan hüquqları pozulur” deyə hay-küy salırlar. Bu ikili standartlar xüsusən də seçki nəticələri məsələsində Avropa İttifaqının yanaşmasının nə qədər qeyri-adekvat olduğunu göstərir”.

Politoloq qeyd edib ki, Gürcüstan Avropa İttifaqına üzv olmaq yolunda Moldova, Ukrayna, eləcə də Bosniya və Herseqovinanı qabaqlayır:

"Lakin bəzı Qərb siyasətçiləri yalnız Gürcüstanı daim tənqid etməklə kifayətlənirlər. Onlar hətta Litvanın Rusiyaya Gürcüstandan daha çox şərab ixrac etməsini görmədən Gürcüstan ilə Rusiya arasında ticarət münasibətlərini tənqid edirlər. Bu, ikiüzlülüyün təzahürüdür. Aydındır ki, Gürcüstanı Rusiya ilə qarşıdurmaya çəkmək məqsədilə müəyyən qüvvələr tərəfindən bu yanaşmalar tətbiq olunur".

Politoloq vurğulayıb ki, uzun illərdir milyonlarla dollar qrantlar alan bəzi qeyri-hökumət təşkilatlarına hökuməti devirmək üçün təlimlər keçirilir və bu biliklər küçələrdə tətbiq olunur.

"Bu, ölkə daxilində baş verən etirazların xaricdən maliyyələşdiyini və metodik olaraq dəstəkləndiyini göstərir. Prezident Salome Zurabişvili artıq Gürcüstanda siyasətçi kimi qəbul edilmir. Onun gürcü dilində danışmağı belə öyrənməməsi və ölkənin maraqlarına xidmət etməməsi yalnız şəxsi vəzifə istəyini ortaya qoyur", - o deyib.

D.Çikelidze hesab edir ki, bu cür siyasətçilər ölkənin daxili vəziyyətinə zərər verir və gərginliklərə səbəb ola bilirlər:

"Xarici müdaxilələr hər zaman dağıdıcı bir hadisədir. Gürcüstanın inkişafı, ilk növbədə, xalqın iradəsindən asılıdır və ölkə hər zaman çətinliklərdən qalib çıxıb. Bu dəfə də xalqın öz iradəsi ilə qalib gələcəyinə dair böyük ümidlər var. Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ölkənin öz dəyərləri ilə uyğun olmalıdır. Heç bir xarici güc bu prosesi manipulyasiya edə bilməz".

Избранный
85
27
far.az

10Источники