Bu barədə Sitat.info-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, son dövrlərdə aparılan əməliyyatlar liposaksiyadan daha çox, kontur-plastik əməliyyatlardır: "Yəni, həm liposaksiya, həm də lipofilinq edilir. Bu da o deməkdir ki çıxarılmış piylərin orqanizmdə dolğu kimi istifadə olunması aparılır".
Professor bu tip əməliyyatların həyati riskinin olduğunu qeyd edib.
Onun sözlərinə görə, istənilən cərrahi əməliyyatın ilk riski infeksion prosesin başlamasıdır. Digər riski isə, xaric edilən piylərin miqdarından asılıdır.
"Bəzən əməliyyatlarda texniki qüsurlara görə problemlər yaşana bilər - yaralar irinləyər, piylərin çıxarıldığı yerlərə infeksiya düşə bilər. Orqanizmdən bir anda böyük miqdarda piy çıxarıldıqda, orqanizm ekstremal vəziyyətə düşə bilər. Çünki zədələnmiş və dağıdılmış piyin bir hissəsi bədəndə qalır və onlar sorulmağa başlayır. Belə bil vəziyyətdə, gərək xəstələr bir müddət reabilitasiya keçsin. Təəssüf ki, çox vaxt xəstələr bunu etmirlər və xeyli əziyyət çəkirlər. Ağırlaşmanın bir qrupu da buna bağlıdır".
4Источники
-
pravda.azLiposaksiya əməliyyatının ölümcül riskləri: Professor xəbərdarlıq etdi ( 13533763)
-
yenicag.azLiposaksiya əməliyyatının ölümcül riskləri: Professordan XƏBƏRDARLIQ ( 13530853)
-
demokrat.azLiposaksiya əməliyyatının ölümcül riskləri: Professor xəbərdarlıq etdi ( 13529221)
-
sitat.infoLiposaksiya əməliyyatının ölümcül riskləri: Professor xəbərdarlıq etdi ( 13528585)