RU

Azərbaycanda kredit kartları üzrə standartlar sərtləşib

Bu ilin III rübündə Azərbaycanda cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmə müşahidə edilib.Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

Banklar sorğuda əməkhaqqı kreditləri üzrə standartlarda yumşalma olduğunu bildirib. Respondentlər cari ilin IV rübündə əməkhaqqı kreditləri üzrə standartlarda yumşalmanın davam edəcəyini və kredit kartları üzrə standartlarda heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə tələb cüzi azalıb. İştirak edən respondentlərin cavablarına görə azalma əsasən kredit kartları hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə xüsusilə, kredit kartlarına tələbdə artım olacağını proqnozlaşdırırlar.

Sorğuya əsasən istehlak kreditləri üzrə bankların likvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib. İstehlak kreditləri üzrə standartlarda dəyişiklik əsasən faiz dərəcələrinin artımı hesabına baş verib.

Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin III rübün nəticələrinə əsasən respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Cari ilin əvvəlki rübü ilə müqayisədə III rübdə əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksində heç bir dəyişiklik olmayıb, AMB bəyan edib.

www.anews.az
Избранный
16
21
anews.az

10Источники