RU

Qızıl bərabər bürünc - 58

58 il öncə, noyabrın 30-u "Neftçi" Bakıda 17 ildi uda bilmədiyi Moskva "Spartak"ını 3:0 hesabı ilə darmadağın edərək SSRİ dövrü ən böyük uğurunu - ölkə çempionatının bürünc medalını qazandı.

"Spartak"ın heyətində Gennadi Loqofet, bir neçə il öncə "Qəbələ"nin baş məşqçisi kimi çalışmış Yuri Syomin və başqa tanınmış futbolçular vardı.

Sonralar futbol şərhçisi olan Vladimir Maslaçenkonun qoruduğu qapıdan topları Anatoli Banişevski (2) və Eduard Markarov keçirdilər.

45 min tamaşaçının izlədiyi oyuna maraq o qədər böyük idi ki, qarşılaşma təkcə Azərbaycanda deyil, Gürcüstan və Ermənistan televiziyalarında da yayımlanırdı.

2012-ci il avqustun 30-u "Neftçi" Kiprdə APOEL-i 3:1 hesabı ilə məğlub edərək Azərbaycan futbolu tarixində ilk dəfə bir avrokubokun - Avropa Liqasının qrup mərhələsinə yüksəldi.

SSRİ çempionatının bürünc medalından sonra bu, klubun və futbolumuzun ən böyük uğuru idi.

"Ağ qaralar"ın tarixində canlı şahidi olduğum ən böyük uğur isə klubun Moskvada "Birlik kuboku"nu qazanmasıdı. Bu turnirdə çempion olmaqla "Neftçi" Azərbaycan futbolunda növbəti ilkə imza atdı.

Ümumiyyətlə, "Neftçi" futbolumuzda bir çox ilklərin sahibidi.

Belə tarixi hadisəkərdən birinə - 1996-cı il iyulun 17-si birinci hissədən sonra uduzduğumuz Sofiya "Lokomotiv"inə 2:1 hesabı ilə qalib gələrək avrokubokıarda Azərbaycan klublarının ilk qələbəsinə də canlı şahidlik etmək qismətim olub.

...Əhməd Ələsgərov başda olmaqla 1966-cı ildə tarix yazan komandamızın bütün üzvlərini hörmətlə anır, ölənlərə Allahdan rəhmət diləyir, qalanlara cansağlığı arzulayıram!

Mənbə: Sports.az

İdman.biz

Избранный
38
idman.biz

1Источники