Polşa Rusiya ilə sərhəddə 3.5 min beton qurğu quraşdırıb.
Teleqraf.com xeber verir ki, bu barədə Polşa baş naziri Donald Tusk məlumat verib.
Baş nazir bildirib ki, Kalininqrad vilayəti ilə sərhədin bir hissəsində 3.5 min beton qurğular yerləşdirilib.
Tusk vurğulayıb ki, sərhədlərin möhkəmləndirilməsi “Şərq qalxanı” adlandırılan müdafiə xəttinin yaradılması çərçivəsində həyata keçirilir.
Xəttin Ukrayna ilə sərhədə qədər genişləndiriləcəyi açıqlanıb.
Müəllif: Qənirə Süleymanova