RU

Rusiyanın sülh üçün şərti budur - Zaxarova

Yaponiya ilə sülh müqaviləsi barədə dialoq yalnız Tokionun düşmənçilik siyasətindən imtinası halında mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Rusiya tərəfi dəfələrlə qeyd edib ki, Yaponiyayla tamhüquqlu dövlətlərarası dialoqun bərpası yalnız rəsmi Tokionun ölkəmizə və vətəndaşlarımıza ziyan vurmağa yönəlmiş düşmənçilik siyasətindən imtina etməsi halında mümkündür”, - diplomat bildirib.

Yapniya Baş naziri Siqeru İşiba bundan öncə Rusiya ilə sülh danışıqlarına hazır olduğunu açıqlamışdı.


Müəllif: Qənirə Süleymanova
Избранный
19
teleqraf.com

1Источники