RU

Türkiyə Kosovonun şimalındakı hadisəni qınadı

Türkiyə Kosovonun şimalında - ölkənin su və elektrik təchizatı üçün mühüm əhəmiyyətə malik olan Zubin Potokdakı su kanalına edilən hücumu qətiyyətlə pislədi.

SİA xəbər verir ki, Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı verilən açıqlamada bildirilir: “Zubin Potokda su kanalına 29 noyabr hücumunu törədənlərin ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunacağına ümid edirik.

Türkiyənin Kosovonun yanında olduğunu və lazım gələrsə, hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk.

Bölgədə gərginliyin qarşısını almaq üçün bütün tərəfləri təmkinli hərəkətlər etməyə çağırırıq”.

Qeyd edək ki, Kosovonun şimalında baş verən partlayış nəticəsində ölkənin elektrik enerjisinin böyük hissəsini təmin edən kömür elektrik stansiyalarına soyuducu su daşıyan "İber Lepenci" kanalı zədələnib. Paytaxt Priştinanın bir hissəsi və bir çox başqa şəhərlərə əsas içməli su da bu kanalla nəql olunur.

Избранный
7
1
sia.az

2Источники