RU

Avropada MÜHARİBƏYƏ HAZIRLIQ

Baltik və Şimali Avropa ölkələri fövqəladə və ya müharibə zamanı vətəndaşlar üçün təlimatlar hazırlamağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Conversation" məlumat yayıb.

Qeyd olunub ki Estoniya, Latviya və Litva son 10 ildə müntəzəm olaraq ictimai məlumatları oxşar məsləhətlərlə yeniləyir. 2024-cü ildə Danimarka və Norveç fövqəladə hallara hazırlıq tövsiyələrini yeniləyiblər. İsveç elektrik enerjisinin tam kəsilməsi halında oxşar təlimatları kağız şəklində yaymağa hazırlaşır. Finlandiya rəsmiləri həmçinin öz vətəndaşlarına müharibə və böhran vəziyyətlərinə hazırlıqla bağlı təlimatlar paylamaq niyyətindədirlər.

Noyabrın 24-də Finlandiyada 75 qadının Rusiya ilə mümkün müharibəyə hazırlaşmağa başladığı bildirilir.

"The Guradian" yazır ki, onlar sağ qalmağı öyrənəcəklər: yanğınları yandırıb söndürəcək, açıq havada yemək bişirəcək, ilkin tibbi yardım göstərəcək və tualet tikəcəklər.

Избранный
27
8
publika.az

9Источники