Türkiyənin Bolqarıstanla sərhədində yük avtomobillərinin sıxlığı müşahidə edilir.
Avtosfer.az TNS-yə istinadən xəbər verir ki, sıxlığa səbəb Türkiyənin ixracatı artırması və Bolqarıstan gömrüyünün bu qədər avtomobili eyni vaxtda qəbul edə bilməməsidir.
Hazırda yüzlərlə yük maşını sürücüsü Avropaya keçmək üçün “Hamzabeyli” sərhəd-keçid məntəqəsində gözləyir. Artıq 25 km uzunluqda növbə yaranıb. Sürücülər bir neçə sutkadır, sərhəddə gözləsələr də, qanunsuz miqrantların avtomobillərə gizli minməsindən ehtiyat edərək, dincəlmirlər.