RU

Lavrov iranlı və türkiyəli həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, Rusiya XİN-in məlumatına görə, telefon danışığı zamanı Suriyadakı vəziyyət və Astana prosesi müzakirə edilib.

Rusiya XİN rəhbəri Suriyadakı vəziyyəti müzakirə etmək üçün iranlı həmkarı Abbas Araqçi ilə də telefon danışığı aparıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Araqçi və Lavrov Suriyadakı hadisələrlə bağlı İran, Rusiya və Türkiyənin koordinasiyasının vacibliyini vurğulayıb.

Məlumatda o da qeyd edilib ki, Rusiya və İran XİN başçıları Suriya hökuməti və ordusuna dəstəklərini bildiriblər.

Избранный
14
3
apa.az

4Источники