RU

Coşqun Diniyev oynadı, komandası qələbə qazandı

Futbol üzrə Türkiyə 1-ci Liqasında 14-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 29 yaşlı futbolçu matça start heyətində başlayıb. O, 46-cı dəqiqədə əvəzlənib.

Xallarını 28-ə yüksəldən "Bandırmaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Избранный
54
1
sportal.az

2Источники