RU

“Zirə”dən qələbə

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində “Zirə” “Sumqayıt”ı qəbul edib.

Msport xəbər verir ki, hakim Rəşad Əhmədovun idarə etdiyi matç Zirə İdman Kompleksinin stadionunda baş tutub.

Oyunda hesab erkən açılıb: 8-ci dəqiqədə David Volkovi ev sahiblərinin ilk qoluna imza atıb. 37-ci dəqiqədə isə “kimyaçılar” status-kvonu bərpa ediblər: Nikola Vuynoviç dəqiq olub.

Bununla belə, ikinci hissədə “qartallar” təşəbbüsü ələ keçirərək rəqibi üç dəfə məyus ediblər. 55-ci dəqiqədə “Zirə”nin gürcüstanlı futbolçusu Gorgi Papunaşvili komandasının ikinci qolunu vurub. 67 və 76-cı dəqiqələrdə isə Volkovi fərqlənərək oyunda son nöqtəni qoyub: “Zirə” – 4, “Sumqayıt” – 1.

Избранный
33
10
msport.az

10Источники