RU

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

"Samsung" şirkətinin İspaniya veb saytında növbəti proqram təminatı versiyası haqqında məlumat səhvən yayımlanıb. 

Valyuta.Az xəbər verir ki, bu barədə "GSMArena" portalı məlumat verib.  

Məlumata görə, "Samsung"un İspaniya veb saytında "One UI 7" yeniləməsi ilə bağlı məlumat təsadüfən paylaşılıb. Rəsmi videoda yeni proqramların ikonları, bildiriş mərkəzi, yenilənmiş kilid ekranı və funksiyalar qısaca göstərilib. Həmçinin, şəkillərlə işləmək üçün süni intellekt imkanlarının təqdim olunacağı vurğulanıb.  

Bundan başqa, veb saytında qeyd edilib ki, "Galaxy AI" süni intellekt sistemindəki yeni funksiyalar 2025-ci ilin sonuna qədər uyğun "Samsung" cihazlarında pulsuz şəkildə əlçatan olacaq.  

Şayiələrə görə, yeniləməni "Samsung Galaxy S22", "Z Fold4", "Z Flip4" smartfon seriyalarının, eləcə də "Galaxy Tab S8" və daha yeni planşet modellərinin istifadəçiləri əldə edə biləcək.  

Gözlənilir ki, Android 15 əsasında hazırlanmış "One UI 7" proqram təminatının beta versiyası dekabrın ortalarında "Samsung Galaxy S24" istifadəçiləri üçün əlçatan olacaq, stabil versiya isə 2025-ci ilin əvvəlində "Galaxy S25" modelində təqdim ediləcək.  

"One UI", "Samsung" tərəfindən Android əməliyyat sistemi bazasında hazırlanmış smartfonlar, planşetlər və saatlar üçün proqram təminatıdır.  

Qeyd edək ki, bundan əvvəl Rusiyada onlayn platformalarda ən çox satılan smartfon modelləri açıqlanmışdı.  

Rəhim

Избранный
21
50
valyuta.az

10Источники