RU

Vüqar Qurbanov: "Xəstəxanalarımızda qiymətləndirmə aparılacaq"

"Xəstəxanalarımızda qiymətləndirmə aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan qaldırılması üçün plan hazırlanacaq".

Demokrat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən növbəti geniştərkibli müşavirədə deyib.


V.Qurbanov vurğulayıb ki, ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, vərəmlə mübarizənin daha da intensivləşdirilməsi, yeni yaradılmış Ağciyər Xəstəlikləri Mərkəzinin fəaliyyətinin, tabeli tibb müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin düzgün təşkili, ağciyər xəstəliklərinin profilaktikası və müalicəsi üzrə bu sahədə tədbirlərin keyfiyyətinin yüksəldilməsi davam etdirilməlidir.

"Tərəfimizdən bütün istiqamətlər üzrə müasir çağırışlara uyğun təkmilləşdirmə və optimallaşdırmalar aparılır. Bu işlərdə hər birinizin dəstəyi lazımdır. Bizim əsas məqsədimizdən biri də beynəlxalq təcrübəyə malik olan, xaricdə yaşayan və çalışan həkimlərimizi ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlara cəlb edərək, onların təcrübələrindən faydalanmaqdır. Bilirsiniz ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan proqram çərçivəsində xaricdə təhsil alan həkimlərimiz xəstəxanalarımızda işlə təmin olunur, eyni zamanda onların beynəlxalq təcrübələri səhiyyə sistemimizin inkişafı üçün böyük fayda verir.

Yeni layihəyə əsasən isə yaxın vaxtlarda regionlarda zəruri cərrahi xidmətlərin təşkilində beynəlxalq standartların tətbiq edilməsi bu sahədə 2030-cu ilə qədər müəyyən edilmiş beynəlxalq hədəflərə çatmağımıza zəmin yaradacaq. Layihə çərçivəsində bütün xəstəxanalarımızda qiymətləndirmə aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan qaldırılması üçün plan hazırlanacaq", - TƏBİB-in İcraçı direktoru qeyd edib.

Избранный
11
13
demokrat.az

10Источники