RU

Rusiya xarici işlər naziri Türkiyə və İrandan olan həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və İrandan olan həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib.

“İki sahil” Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı zamanı tərəflər Suriyanın Hələb və İdlib əyalətlərində hərbi eskalasiya ilə əlaqədar bu ölkədə vəziyyətin təhlükəli inkişafından ciddi narahat olduqlarını bildiriblər. Vəziyyəti sabitləşdirmək üçün ilk növbədə “Astana formatı”nın potensialından istifadə etməklə birgə fəaliyyətin əlaqələndirilməsinin zəruriliyi təsdiqlənib.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində Suriyanın suverenliyi və ərazi bütövlüyünə bir daha güclü dəstək təsdiqlənib. Nazirlər bu ölkədə sabitləşməyə yönəlmiş birgə səylərin gücləndirilməsinin və vəziyyətin “Astana formatı” çərçivəsində təcili hərtərəfli nəzərdən keçirilməsinin zəruriliyi ilə razılaşıblar.

Избранный
12
ikisahil.az

1Источники