Biləsuvar rayonunda baş verən yol qəzasında ağır xəsarət alan qadın müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə təxliyə edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova qəzada ciddi zədələr alaraq əvvəlcə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Onun vəziyyətinin ağır olması səbəbindən paytaxt xəstəxanasına köçürülməsinə qərar verilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Naxçıvandan Bakıya gedən sərnişin avtobusu Biləsuvar rayonu ərazisində betonqarışdıran "Kamaz" markalı yük maşını ilə toqquşub. Qəza zamanı yük maşınının çəni yaxınlıqdakı minik avtomobilinin üzərinə aşıb və ciddi fəsadlara səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта