RU

Köçəryanın deputatı fraksiyadan imtina etdi

“Ermənistan” fraksiyasının üzvü Geqam Nazaryan təmsil olunduğu fraksiyadan istefa verib.

Axar.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, son zamanlar deputat Geqam Nazaryanın mövqeyi fraksiyanın siyasi istiqaməti və prioritetlərindən fərqləndiyi üçün ona fraksiyadan ayrılmaq və müstəqil fəaliyyət göstərmək təklif edilib, Nazaryan bu təklifi qəbul edib.

Beləliklə, hazırda 107 yerlik Ermənistan parlamentində Paşinyanın (“Mənim addımım”) 71, Nazaryanın istefasından sonra Robert Köçəryanın (“Ermənistan”) 28, Serj Sərkisyanın (“Şərəfim var”) isə 6 deputatı var. İki deputat isə müstəqildir. Belə ki, bundan öncə “Şərəfim var” fraksiyasından bir deputat ayrılaraq, müstəqil fəaliyyətə başlamışdı.
Избранный
5
1
sherg.az

2Источники