RU

Qarabağ Universitetinə növbəti tədris ilində 1500-ə qədər tələbə qəbulu planlaşdırılır

Xankəndi. Trend:

Qarabağ Universitetinə növbəti tədris ilində təxminən 1500-əqədər tələbə qəbulu planlaşdırılır.

Trend xəbər verirki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri EminƏmrullayev deyib.

“Universitetə növbəti tədris ilində təxminən 1500-ə qədər tələbəqəbulu planlaşdırılır. Ola bilər ki, bu rəqəm dəyişə də bilər.Əsasən mövcud fakültələr üzərindən yeni ixtisalar da yaradılacaq.Yəni, mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr -kimya, biologiya, fizika, coğrafiya müəllimliyi və digər müəllimlikixtisaslarını çalışacağıq ki, tam əhatə edək”, - deyə obildirib.

Onun sözlərinə görə, mühəndislik ixtisaslarının da sayıartacaq.

“Bir mənalı olaraq hələ ki bu proses gedir. Tibb fakültəsinin dəaçılmasını planlaşdırırıq”, - nazir bildirib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetəqəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dənçox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıqixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyentuniversitetin elektrik və elektronika mühəndisliyi ixtisasınamüsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ UniversitetinəI-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundanəlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq,xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibatixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Məqalədə:
Избранный
42
az.trend.az

1Источники