RU

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı - Bu tələbləri qoydu

ABŞ Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməməsi ilə əlaqədar olaraq Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Amerika hakimiyyətinin fikrincə, Gürcüstan hökuməti Aİ-yə üzvlük prosesini dayandırmaqla xalqın iradəsinə zidd addım atıb.

Dövlət Departamenti iddia edir ki, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının hərəkətləri ortaq dəyərlərə və demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti və vətəndaş cəmiyyətinə hörmətə əsaslanan ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əsas müddəalarını pozur. Nəticədə Birləşmiş Ştatlar bu mexanizmi dayandırır.

Eyni zamanda, ABŞ Dövlət Departamenti hüquq-mühafizə orqanlarının etirazçılara qarşı həddindən artıq güc tətbiqini  pisləyib. 

Həmçinin Gürcüstan hökumətini “Avroatlantik inteqrasiya yoluna qayıtmağa, ölkədə baş verən bütün pozuntuları şəffaf şəkildə araşdırmağa çağırıb.

Parlament seçkiləri və sərbəst toplaşmaq və söz azadlığını məhdudlaşdıran antidemokratik qanunlar ləğv edilməsi istənilib.

Aytac,

Sitat.info

Избранный
33
1
sitat.info

2Источники