RU

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti aksiya iştirakçılarını təxribatlardan çəkinməyə çağırıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aksiya iştirakçılarını təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırıb.

Day.Az-ın məlumatına görə, bu barədə Xidmətinin rəsmi açıqlamasında bildirilib.

"Biz bütün etirazçıları ehtiyatlı olmağa və şüurlu və ya bilməyərəkdən planlaşdırılmış təxribatların bir hissəsi olmamağa çağırırıq", - deyə qeyd olunub.

 

Bildirilib ki, bəzi qruplar "dağıdıcı və zorakı ssenarilər" həyata keçirmək üçün parlament binası qarşısında təxribatlar təşkil etməyə cəhd edirlər.

Dövlət Təhlükəsizliyi Xidməti onu da xatırladıb ki, Gürcüstan Cinayət Məcəlləsinin 315-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş və 5 ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan dövlət hakimiyyətini zorakılıqla devirməyə cəhdlə bağlı istintaq aparılır.

Избранный
0
1
day.az

2Источники